Təhsil Nazirliyi şagirdin intihara cəhd etməsini araşdırır

12:39 - 31 Yanvar 2022 - Xəbər

Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı Z.Ə.-nin (qız) sinif yoldaşı N.D. (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb.

Məlumata görə, bu hadisədən sonra Z.Ə. intihara cəhd edib və bilək nahiyəsini kəsib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırlır: "Məlumat təqdim olunacaq".

Xəbər xətti