Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb, ölən var

09:21 - 30 Yanvar 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-nin saytına istinadən bildirir ki, haadisə yerinə cəlb olunan nazirliyin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti