Xaçmazda anasını qətlə yetirən şəxs tutulub - Foto

00:37 - 30 Yanvar 2022 - HADİSƏ

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a bildirilib ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində  Səmən Sultanova qətlə yetirilmiş və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmışdır.

Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənmişdir.  Yanvarın 30-da  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman  nəzarət yoxlama qaydasında  saxlanılıb və RPŞ-yə gətirilib. 
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti