Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

19:32 - 29 Yanvar 2022 - HADİSƏ

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı Şəmkir rayonunun Sabirkənd kənd sakini, 1945-ci il təvəllüdlü M.İbrahimova və daha bir nəfər xəsarət alıb. M.İbrahimovanın vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Digər xəsarət alanın şəxsiyyəti və hadisənin təfərrüatları araşdırılır.

Xəbər xətti