Samuxda "VAZ 2107" aşıb, sürücü xəsarət alıb

18:55 - 29 Yanvar 2022 - HADİSƏ

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti