Gəncədə yeniyetmə qız 5-ci mərtəbədən yıxılıb
09:04 - 29 Yanvar 2022 - HADİSƏ
Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən 5 mərtəbəli binada qeydə alınıb.2006-cı il təvəllüdlü E.Rəfiyeva yaşadığı eyvanında paltar asan zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.