Ağstafada maşın körpüdən aşıb, xəsarət alan var

20:40 - 28 Yanvar 2022 - HADİSƏ

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını yolun üzərində olan körpüdən aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti