Füzulidə traktor minaya düşüb
18:13 - 28 Yanvar 2022 - HADİSƏ
Füzuli rayonunda traktor minaya düşüb.
Bu barədə Ucnoqta.az--n sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.