Salyan rayonunda (Ələt-Astara magistral avtomobil yolunun 60-cı kilometrliyi) ümumi sahəsi 1000 m² olan birmərtəbəli mağazanın yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.