Bakıda iki körpə qız dəm qazından zəhərlənib

08:58 - 28 Yanvar 2022 - HADİSƏ

Bakıda bir ailənin iki körpə dəm qazından zəhərlənib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Əmircan qəsəsində 2019-cu il təvəllüdlü Talıbzadə Yağmur Ülvi qızı və 2021-ci il təvəllüdlü Talıbzadə Dəniz Ülvi qızı yaşadıqları evdə dəm qazından zəhərlənənlər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti