Onlar insan alverinə görə axtarılır - FOTO

17:08 - 27 Yanvar 2022 - HADİSƏ

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarılan insan alverçilərinin sayı məlum olub. 

Ucnoqta.az-ın "Unikal"-a istinadən məlumatına görə, siyahıda 14 insan alverçisinin adı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışa verilənlərdən 1-i kişidir.

Əliyeva Şahnaz Sərxan qızı – 04.11.1962-ci ildə Abşeron rayonun Qobu qəsəbəsində anadan olub. Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib.

İsayeva Azadə Eynəli qızı – 14.05.1964-cü ildə Lənkəran rayonunda anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib.

Taheri Mahmoudi Mohsen – 05.11.1962-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.     

Qədirli Zeynəb Böyükağa qızı – 15.12.1978-ci ildə Kürdəmir şəhərində anadan olub, Kürdəmir şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır. 

Həsənova Sevda Həsən qızı – 30.07.1968-ci ildə Lənkəran şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Hacıyeva Qızqayıt Rafiq qızı – 26.08.1984-cü ildə Abşeron rayonunda anadan olub, Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Quliyeva Validə Tahir qızı – 01.11.1964-cü ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Şöhrət Savalan qızı – 19.01.1978-ci ildə Goranboy rayonunda anadan olub, Goranboy rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Abdıyeva Hicranə Rəcəb qızı – 28.07.1969-cu ildə Quba şəhərində anadan olub, Quba şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Gülxanım Xudam qızı – 20.06.1964-cü ildə Cəlilabad rayonunda anadan olub, Cəlilabad rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Səfərzadə Aybəniz Mirəddin qızı – 29.05.1970-ci ildə Qəbələ rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Səfərova Almaz Mirəddin qızı – 06.09.1969-cu ildə Qəbələ rayonunda anadan olub, Qəbələ rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qəhrəmanova Yeganə Lətif qızı - 01.12.1986-cı ildə Tovuz rayonunda anadan olub. Tovuz rayon, Qovlar qəsəbə sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

Ələkbərova Lalə Vilayət qızı - 13.12.1960-cı ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

 


Xəbər xətti