Türkiyədə daha 188 koronavirus xəstəsi vəfat edib

23:38 - 26 Yanvar 2022 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 188 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 416 min 536 nəfərin test edildiyi, 77 min 434 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 501 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Xəbər xətti