Bakı Musiq Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun anası Xalidə xanım dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə tanınmış həkim Adil Qeybulla bildirib.
Adil Qeybulla bildirib ki, mərhumun cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan - Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.