Bakı bulvarında intihara cəhd - VİDEO

17:30 - 25 Yanvar 2022 - HADİSƏ

Bakı şəhərində kişi özünü dənizə ataraq intihara cəhd edib.

Hadisə Dənizkənarı Milli Parkın yaxınlığında nəzarətsiz ərazidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri gələrək vətəndaşı xilas ediblər.///oxu.az

Xəbər xətti