Bakıda müəllimi döyən şəxs həbs edildi

12:46 - 25 Yanvar 2022 - HADİSƏ

Dünən sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib. Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.

Ucnoqta.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Elşad Hacıyev bildirib ki, fakt üzrə Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən CM-in 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Xəbər xətti