Azərbaycanda ər-arvad dəm qazından zəhərləndi

18:09 - 24 Yanvar 2022 - HADİSƏ

Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Zarat kəndində qeydə alınıb.

Kənd sakinləri - 48 yaşlı Fərzəliyev Güləddin Şərafəddin oğlu və həyat yoldaşı, 42 yaşlı Fərzəliyeva Mina Vaqif qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olublar.

Onların dəm qazından zəhərləndiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

 

Xəbər xətti