Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib - DİN

17:08 - 24 Yanvar 2022 - HADİSƏ

Daxili İşlər Nazirliyi Ülvi Həsənlinin polis bölməsində təzyiqə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Sumqayıt şəhərində Ülvi Həsənlinin izahat yazmaq üçün getdiyi polis orqanında təzyiqlərə məruz qalması ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir: “Bu iddiaların yayılması onun barəsində aparılan araşdırmadan yayınmaq məqsədi daşıyır. Ülvi Həsənli aktiv COVİD-19 infeksiyası daşıyıcısı olduğu halda müalicə təyin olunan ünvanı tərk edərək polis orqanına gəlib. Qeyd olunan hallarla bağlı onun barəsində Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə əsasən araşdırma başlayıb, digər şikayətləri isə nəzarətə götürülməklə xidməti yoxlama aparılır".

 

Xəbər xətti