Toya gedən qonşusunun evindən oğurluq etdi

16:00 - 24 Yanvar 2022 - HADİSƏ

Toyda olan qonşusunun evindən oğurluq edən Lənkəran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Osaküçə kənd sakini olan bir şəxs polisə müraciət edərək toy məclisində olduqları vaxt naməlum şəxsin yaşadıqları evdən bir ədəd mobil telefon və 100 manat pul oğurladığını bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən Osaküçə kənd sakini Zamin Nağıyev saxlanılıb.

Oğurladığı mobil telefon gizlətdiyi yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti