Salyanda yol qəzası olub, 3 qadın xəsarət alıb

23:29 - 23 Yanvar 2022 - HADİSƏ

Salyanda yol qəzası olub.

Hadisə yeni Ələt-Astara magistralının 77-ci kilometrliyində qeydə alınıb. Belə ki, minik avtomobilinin qarşıda gedən avtomobilə çırpılması nəticəsində Hacıqabul rayon sakinləri, 1957-ci il təvəllüdlü Hüseynova Nazilə Məmmədhəsən qızı, 1955-ci il təvəllüdlü Əmirova Nəcibə Niftalı qızı və 1951-ci il təvəllüdlü Nəbiyeva Minabəyim Mədət qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti