Salyanda iki avtomobil toqquşub - iki nəfər xəsarət alıb

23:27 - 21 Yanvar 2022 - HADİSƏ

Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğlu və 1988-ciil təvəllüdlü Qədimov Rahim Muxtar oğlu müxtəlif xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti