Sumqayıtda anbar yanıb

18:45 - 21 Yanvar 2022 - HADİSƏ

Sumqayıt şəhərində ümumi sahəsi 220 m² olan anbarın içərisində taxta yeşiklərə yığılan şirniyyat məmulatları və dam örtüyünün taxta atmaları 160 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti