Dəmir yolu stansiyasında avtomat aşkarlandı

11:16 - 21 Yanvar 2022 - HADİSƏ

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Miqunov saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 40 qram tiryək və 1 ədəd avtomat patronu götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Sabunçu dəmir yolu stansiyasının ərazisində gizlətdiyi nömrəsi silinmiş “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 27 ədəd patron da aşkar edilərək götürülüb.

Xəbər xətti