Bakıda mənzildə qadın meyiti tapılıb

23:52 - 20 Yanvar 2022 - HADİSƏ

Bakıda mənzildə qadın meyiti tapılıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Lalayeva Rəna Heydər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti