Çoxmərtəbəli yaşayış binasında yanğın olub

20:45 - 20 Yanvar 2022 - HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac, 4 ədəd açar və giriş kabeli 2 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti