Qax rayonunda avtomobillər toqquşub, ölən var.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes”də olan sərnişinlər, rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, oxu.az-ın əldə etdiyi məlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.