Ana və azyaşlı övladları dəm qazından zəhərləndi

10:49 - 19 Yanvar 2022 - HADİSƏ

Bakıda ana və üç azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 1984-cü il təvəllüdlü Nuriyeva Aygün Məlik qızı və onun azyaşlı övladları - 2010-cu il təvəllüdlü Mənsimli Aysu Yunis qızı, 2012-ci il təvəllüdlü Mənsimli Zəhra Yunis qızı və 2016-cı il təvəllüdlü Mənsimli Ceyhun Yunis oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti