Bakıda dörd nəfər dəm qazından zəhərləndi

10:28 - 19 Yanvar 2022 - HADİSƏ

Bakıda dörd nəfər dəm qazından zəhərlənib.

Hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində 1987-ci il təvəllüdlü Əhmədov Şahin Sahib oğlu və 1984-cü il təvəllüdlü İsmayılov Azər Ağasəməd oğlu, qəsəbənin “Südçülük sovxozu” adlanan ərazisində 1984-cü il təvəllüdlü İsaqova Samirə Eldar qızı, Şağan qəsəbəsində isə 1991-ci il təvəllüdlü Abdullayeva Günay Sindbad qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti