Uşaq evinin tərbiyəçisi valideyn tərəfindən döyüldü

00:17 - 19 Yanvar 2022 - HADİSƏ

Bakıda uşaq evinin tərbiyəçisi valideyn tərəfindən döyülüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü G.Nağıyeva valideyn tərəfindən döyülüb. G.Nağıyevanın dediyinə görə, onu Günay adlı valideyin döyüb.

Zərərçəkən xəstəxanaya və polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti