Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurub

23:30 - 18 Yanvar 2022 - HADİSƏ

Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurub.

Ucnoqta.az "Report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Mirzəyeva Nərmin Elməddin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin əziyi və sağ təpə gicgah nahiyəsinin sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti