Gəncədə 38 yaşlı qadını avtomobil vurub

22:31 - 18 Yanvar 2022 - HADİSƏ

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə şəhərin mərkəzi ərazisində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü G.Axundovanı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb, onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti