İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

19:49 - 18 Yanvar 2022 - HADİSƏ

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Namiq Beybutov və Zahid Şəfiyevin hər birindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onların barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər xətti