Məktəbli qız dəm qazından zəhərlənərək öldü

18:08 - 18 Yanvar 2022 - HADİSƏ

Göyçay rayonunda zəhərlənən məktəbli vəfat edib. 

2005-ci il təvəllüdlü İsmayılova Aysun Habil qızı yaşadığı evdə zəhərlənib.

Qızın maye qazdan zəhərləndiyi ehtimal edilir.

O, evdə tək olan zaman atasına zəng edərək özünü pis hiss etdiyini bildirib. 

Onun valideynləri evə qayıdarkən qızın halının pis olduğunu görüblər və dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra qız Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. ///oxu.az

Xəbər xətti