Dəmir yolu xəttindən oğurluğa cəhd edən şəxslər saxlanıldı

11:07 - 18 Yanvar 2022 - HADİSƏ

Siyəzən-Zarat dəmir yolu xəttindən oğurluğa cəhd olunub.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Siyəzən rayonu ərazisində Siyəzən-Zarat dəmir yolu xəttindən 33 ədəd rels altlığı və 36 dəst boltu oğurlamağa cəhd göstərən Siyəzən rayon sakinləri M.Nadirov, İ.Məmmədov, əvvəllər məhkum olunmuş B.Məmmədov və oğlu S.Məmmədov DİN NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti