Şəkidə iki ailənin yaşadığı ev yanıb

09:00 - 18 Yanvar 2022 - HADİSƏ

Şəkidə iki ailənin yaşadığı ev yanıb

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Şəki şəhərində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən və iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 150 m² olan evin tavanı 10 m² sahədə yanıb.
Məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti