Yol polisi iki avtomobilin arasında qalmaqdan son anda qurtuldu - ANBAAN VİDEO

16:44 - 17 Yanvar 2022 - HADİSƏ

Bakıda yol polisi əməkdaşının yanında ağır qəza olub.

Hadisə paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Kəsişmədə “Opel” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı yol patrul xidmətinin əməkdaşı da həmin kəsişmədə olub. Belə ki, polis əməkdaşı toqquşan avtomobillərin arasında qalıb. Nəticədə yol polisi əməkdaşı ölümdən dönüb və qolundan yüngül xəsarət alıb.

Lent.az hadisə anının görüntülərini əldə edib.
Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti