Tərtərdə ticarət obyekti yandı - Foto

17:30 - 17 Yanvar 2022 - HADİSƏ

Tərtərdə yanğın hadisəsi baş verib. Hadisə Tərtər şəhər Elman Hüseynov küçəsində qeydə alınıb.

Trend-in xəbərinə görə, Şövkət Hüseynovaya məxsus 100 kvadratmetrlik ticarət obyekti yanıb.

Yanğının qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Ümumilikdə, 60 kvadratmetr sahəsi yanan obyektin boş olduğu bildirilir.


Xəbər xətti