FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi Fransa "Marsel"inə transfer qadağası qoyub.
"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək.
"Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.