Gözəllik kraliçası geyiminə görə təyyarəyə buraxılmadı - FOTO

00:12 - 15 Yanvar 2022 - MAQAZİN

ABŞ-ın keçmiş gözəllik kraliçası Olivia Kulpo geyiminə görə təyyarəyə buraxılmayıb.

Bu barədə “Page Six” məlumat yayıb.
Bildirilib ki, onun geyimi çox açıq hesab edilib, buna görə model paltarlarını dəyişməli olub.

Modelin ABŞ-dan Meksikaya getmək istədiyi qeyd edilib. Ona deyilib ki, əyninə üstdən bir şey geyinməsə, təyyarəyə buraxılmayacaq.

Kəskin reaksiyalardan sonra 29 yaşlı model aviaşirkətin tələbini yerinə yetirib, ancaq bununla bağlı İnstaqram hesabında paylaşım etdikdən sonra məsələ ictimailəşib. Aviaşirkət məsələyə hər hansı reaksiya verməkdən imtina edib.///qafqazinfo


Xəbər xətti