Bakıda uşağı avtomobil vurub

07:32 - 14 Yanvar 2022 - HADİSƏ

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 6 yaşlı uşaq ağır xəsarət alıb. Hadisə Şirin Mirzəyev küçəsində baş verib. 2016-ci il təvəllüdlü Həşimov Əli Səfai oğlunu anası xəstəxanaya müayinə üçün apararkən o valideynin əlini buraxaraq qəfil yola çıxıb. Bu zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.///apa

Xəbər xətti