Məşhur ticarət mərkəzində yanğın olub
07:03 - 14 Yanvar 2022 - HADİSƏ
Abşeron rayonunda Ər-Riyad Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində mağazalardan biri yanıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğının ətraf obyektlərə keçməsinin qarşısı alınıb və mağazadakı yanğın söndürülüb.///trend