Bağçada tərbiyəçi azyaşlını döydü: Araşdırma başladı - VİDEO

23:30 - 13 Yanvar 2022 - HADİSƏ

Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Ucnoqta.az-a bildirib ki, hazırda yayılan görüntülərin nə vaxt və hansı bağçada baş verməsi ilə bağlı araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə məlumat veriləcək", deyə qurum rəsmisi bildirib.

Xəbər xətti