Sabirabadda 68 yaşlı qadın balıqdan zəhərləndi

19:18 - 13 Yanvar 2022 - HADİSƏ

Sabirabadda 68 yaşlı qadın balıqdan zəhərlənib.

“Report”un məlumatına görə, hadisə şəhərin H. Aslanov küçəsi, ev 14-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1954-cü il təvəllüdlü Əzizova Qubaxanım Böyükağa qızının qəflətən halı pisləşib. O, dərhal Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadının dediyinə görə, o, balıqdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti