"Mercedes" "Shacman"a çırpıldı - xəsarət alanlar var

22:42 - 12 Yanvar 2022 - HADİSƏ

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Shacman" markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.///apa

Xəbər xətti