Bakıda beşmərtəbəli binanın zirzəmisində yanğın olub

20:37 - 12 Yanvar 2022 - HADİSƏ

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 10 m² sahədə yanıb.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım briqadasına təhvil verilib.

Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti