Avtomobilini Azərbaycan bayrağı ilə silən şəxs üzr istədi - YENİLƏNİB - VİDEO

17:27 - 12 Yanvar 2022 - HADİSƏ

Bu gün sosial şəbəkələrdə yaşlı kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılmışdı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan Soltan Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.

S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu bildirib.

13:31

Azərbaycanda taksi sürücüsü bayrağımıza qarşı təhqiramiz hərəkət edib. 


Ucnoqta.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb. Belə ki, naməlum taksi sürücüsü əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nömrə nişanını Azərbaycan bayrağı ilə silib.

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti