Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Paytaxt və rayonlara qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah ölkə ərazisində mülayim və sabit hava şəraiti müşahidə olunacaq. Rusiya ərazisindən cənuba doğru soyuq hava kütlələlərinin daxil olması ilə yanvarın 13-dən etibarən havanın temperaturu kəskin enəcək.
Ucnoqt.az xəbər verir ki, Milli Hidrometerologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib ki, həmin gün axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, Aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. O, Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitini də açıqlayıb.
Havanın soyuması və güclü küləklə yanaşı yanvarın 16-dək atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur.