Goranboyda 15 yaşlı yeniyetmə dəm qazından zəhərlənib

22:23 - 11 Yanvar 2022 - HADİSƏ

Goranboy şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

Hadisə şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Rayon sakini, 15 yaşlı Elxan Orucov vanna otağında dəm qazından zəhərlənib.

O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yeniyetmənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti