Göygöldə iki avtomobil toqquşub, xəsarət alan var

20:58 - 11 Yanvar 2022 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti