Qəbələ sakini Bakıda binadan yıxılaraq öldü

11:57 - 11 Yanvar 2022 - HADİSƏ

Qəbələ sakini Bakıda binadan yıxılaraq ölüb.

"Report"un məlumatına görə, o, paytaxtdakı binalardan birində usta işləyirmiş.

Belə ki, Qəbələ rayon Tikanlı kənd sakini, 1981-ci il təvəllüdlü Rahim İbrahim oğlu Cəlilov usta olaraq çalışdığı binadan yıxılaraq ölüb.

Məlumata görə, 41 yaşlı R.Cəlilov ailəsi ilə birlikdə Bakının Ramana qəsəbəsində yaşayıb və ev təmiri ilə məşğul olub.

Xəbər xətti