Horadiz dəmir yolu stansiyasında silah-sursat tapılıb

11:25 - 11 Yanvar 2022 - HADİSƏ

Horadiz dəmir yolu stansiyası ərazisində silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisində 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.

Xəbər xətti